Türkiyədən İrana şok mesaj: Azərbaycanla sərhəddə təlimlərə cavab olaraq...

Türkiyədən İrana şok mesaj: Azərbaycanla sərhəddə təlimlərə cavab olaraq...

Türkiyə İranla sərhəd bölgələrinə əlavə canlı qüvvə və hərbi texnika göndərib.

Miq.Az xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Türkiyənin bu addımının Azərbaycanla sərhəd bölgələrində hərbi təlim keçirən İrana cavab olduğunu bildirib:

"İranın Azərbaycanın cənub sərhədində hərbi təlimlərə başlamasına cavab olaraq, Türkiyə İranla sərhədə xüsusi təyinatlılar, motoatıcı və zirehli-tank birləşmələrini yollayıb. Bundan başqa, İranla sərhədin yaxınlığında Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, habelə "Bayraktar” və "Akıncı” zərbə PUA-ları baraj vurur.

Eyni zamanda, Türkiyə Suriyanın İdlib vilayətinə də əlavə qüvvələr yeridib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az