Türkiyədən kritik Rusiya qərarı: Dayandırıldı

 Türkiyədən kritik Rusiya qərarı: Dayandırıldı
Türkiyədən kritik Rusiya qərarı: Dayandırıldı  Türkiyə bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.  Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın "Komersant” qəzeti məlumat yayıb.  Qəzet yazır ki, Türkiyə bankları Rusiyanın demək olar bütün kredit təşkilatları ilə münasibətlərini kəsib, həmçinin müqaviləni rəsmən bağlamadan ödənişləri dayandırıb. Rusiyanın xarici törəmə bankları üçün istisnaların olduğu bildirilir.  Nəşr qeyd edir ki, vəziyyət 2023-cü ilin yayında və dekabrın 22-də ABŞ Prezidenti Co Baydenin Ukraynaya qarşı müharibəsində Rusiyaya kömək edən xarici şirkətlərə sanksiyaların tətbiq edilməsi haqda sərəncamından sonra mürəkkəbləşib.  Gömrük və logistika sahəsi üzrə mütəxəssis Yuliya Şlenskayanın sözlərinə görə, Türkiyə banklarları əməkdaşlıqdafasilə verib, pul köçürmələri keçirmirlər.  "SOTA Logistika” şirkətinin direktoru İqor Çernişov bildirib ki, hətta xidmətlərə görə ödəniş də edilmir, Türkiyə banklarından yalnız biri ödənişlərə icazə verir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az