Türkiyədən qara xəbər - 3 hərbçi şəhid oldu
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, qonşu ölkə bu günə də şəhid xəbərləri ilə başlayıb.
Şırnakda terrorçular jandarma bölüyünə hücum ediblər. İlkin məlumata görə, hücum
nəticəsində 3 nəfər şəhid olub. Bir terrorçu isə silahı ilə birgə ələ
keçirilib.
Silahlı basqın Gabar dağı ətəyindəki bölüyə edilib. Terrorçular iriçaplı
silahlardan atəş açıblar. Səhər saatlarından başlayan atışmanın hələ də
davm etdiyi bildirilir.
Baş Qərargah artıq 3 hərbçinin şəhid olmasını təsdiqləyib. Qurumdan verilən açıqlamada belə deyilir:
"30 iyul saat 09.10-da (Bakı vaxtı ilə 11.10) Quru Qoşunlarının 6-cı
Motorlu Piyada Tuqay Komandanlığına qayıdan işçilərin təhlükəsizliyi
qorumaq üçün təlimatlandırılan 3 hərbçimiz şəhid olub. Hadisə yerinə
hərbi helikopterlər və canlı qüvvə göndərilib. Bir terrorçu ələ
keçirilib. Terrorçulara qarşı əməliyyat davam edir".
Türkiyədə iyul ayının 20-də Şanlıurfanın
Suruc rayonunda baş verən terror hadisəsindən sonra vəziyyət daha da gərginləşib. 32
nəfərin kamikadze tərəfindən qətlə yetirilməsindən sonra Türkiyə Silahlı
Qüvvələrinə məxsus helikopterlər İŞİD hədəflərini bombalayıb,
PKK terroru ilə də mübarizə üçün
genişmiqyaslı əməliyyata başlayıblar. Son bir ayda Türkiyədə təşkil edilən terror hadisələri,
silahlı basqınlar nəticəsində onlarla insan öldürülüb, o cümlədən
hərbçilər şəhid olub.