Türkiyədən Qərbə: Burnunu soxma

Türkiyədən Qərbə: Burnunu soxma

Bizim hüquqi prosedurlarımıza heç kimin burnunu soxmasını istəmirik. Türkiyə müstəqil hüquq sisteminə malikdir.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.
 
"İndi də Avropanın bəzi ölkələri HDP-çi deputatların tutulması məsələsinə qarışırlar. Bu hüquqi məsələdir. Siz də hər hansı hüquqi proses olduğu zaman "Bu hüquq məsələsidir” deyirsiniz. Terror qruplaşmalarının kölgəsində gizlənən bir qrup şəxslə bağlı sənədlər var. Bütün partiyadan olan millət vəkillərinin toxunulmazlığı ləğv edildikdən sonra prokurorlar "Gəlin ifadə verin” deyir. Hörmətli Baxçalı gəlir, Kılıçdaroğlu vəkilini göndərir. Bəs siz (HDP) niyə gəlmirsiniz?” - Qurtulmuş bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az