“Türkiyəni 52 ildir Avropa İttifaqının qapısında saxlayanları cavabsız qoymayacağıq”- ƏRDOĞAN

“Türkiyəni 52 ildir Avropa İttifaqının qapısında saxlayanları cavabsız qoymayacağıq”- ƏRDOĞAN

"Türkiyəni 52 ildir Avropa İttifaqının qapısında saxlayanları cavabsız qoymayacağıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz 52 il Avropa İttifaqının qapılarında əzab çəkməyə məcbur olduq. Onlar hələ də eyni işi davam etdirirlər”, – Ərdoğan bildirib.

Türkiyə lideri vaxtı gələndə Türkiyənin cavab verəcəyini vurğulayıb.

Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə quruma üzv olmaq arzusunu rəsmən elan edib. Buna baxmayaraq, Ankaranın Aİ-yə qəbulu ilə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və tərəflər arasında fikir ayrılığı səbəbindən proses dəfələrlə dayandırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az