Türkiyəyə PKK-dan daha bir şantaj
PKK terror təşkilatının Kandildəki lideri Cəmil Bayık Türkiyə əleyhinə ağır ittihamlar səsləndirib.
Vətəninfo.az Publika.az-a istinadla xəbər verir ki, BBC-yə danışan Bayık Türkiyənin kürd silahlılara hücum edən İŞİD-i qorumağa çalışdığını bildirib.
"Türklər İŞİD-lə döyüşdüklərini söyləyirlər, lakin əslində PKK-ya qarşı döyüşürlər. Bunu PKK-nın İŞİD qarşısındakı irəliləyişinə maneə olmaq üçün edirlər. Beləliklə, Türkiyənin türkləşməsi məqsədinə doğru irəliləyirlər. Türkiyə İŞİD-i qoruyur”, - PKK lideri deyib.
Cəmil Bayık həmçinin kürd məsələsinin yeganə həllinin müzakirələr olduğunu söyləyıb. Türkiyənin hərbi əməliyyatlara son qoyacağı halda, PKK-nın əlini tətikdən çəkəcəyini deyən Bayık beynəlxalq müşahidəçiləri də atəşkəsi izləməyə dəvət edib. - See more at:
http://axar.az/news/60998#sthash.Km77gTBZ.dpuf