Türkiyəyə qarşı ağlasığmaz addım – Yeni qərar bölgədə gərginliyi artıracaq

Türkiyəyə qarşı ağlasığmaz addım – Yeni qərar bölgədə gərginliyi artıracaq

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis Brüsseldə Türkiyəni hədəf alan açıqlamalar verərkən, komandasının üzvləri Afinada parlamentə yeni müdafiə proqramı təqdim ediblər.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, yeni proqramda Kritdəki Souda dəniz və hava bazasının infrastrukturunun yenilənməsi və modernləşdirilməsi üçün 190 milyon avro vəsait ayrılıb.

ABŞ da sözügedən bazaya böyük əhəmiyyət verir. ABŞ hərbçilərinin də istifadə etdiyi bazalara vaxtaşırı Amerika təyyarələri, helikopterləri, döyüş və təyyarədaşıyan gəmiləri gəlir.

Bundan əlavə, Mitsotakis hökumətinin təklif etdiyi silahlanma proqramında sualtı müdafiə üçün istifadə edilən "Sikorsky MH-60R SeaHawk” helikopterləri ilə yanaşı, RM-70 və 122 mm-lik reaktiv yaylım atəş sistemlərinin modernləşdirilməsi də yer alıb.

"Leopard 2” tankları üçün 30,120 mm-lik mərmilərin tədarükünə təxminən 150 milyon avro xərclənəcək.

Afinanın Türkiyəyə qarşı bu təhrikedici addımı ilə Şərqi Aralıq dənizində gərginliyi daha da artıracağı gözlənilir.

Avropa Birliyi liderlərinin Brüsseldəki toplantısında jurnalistlərə açıqlama verən Mitsotakis bildirib ki, Afina Türkiyədən AB ölkələrinin suverenliyi və ərazi bütövlüyünə qarşı mübarizəni dayandırmasını və beynəlxalq hüquqa hörmətlə yanaşmasını gözləyir.

AB ölkələrinin bu mövzuda tutduğu mövqeyə işarə edən Yunanıstan baş naziri qeyd edib: "Ümid edirəm ki, Türkiyə bu dəfə bu tövsiyələrə qulaq asar. Şərqi Aralıq dənizində son iki ayda qonşu ölkənin günahı ucbatından yaranmış gərginliyi ancaq bu yolla azaltmaq olar”.

Qeyd edək ki, Türkiyəyə qarşı təxribatçı fəaliyyətlərini genişləndirməsinə cavab olaraq, Prezident Rəcəb Tayyib Ərdoğan yunan baş nazirlə görüşdən imtina edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az