Turqut Özal Fəthullah Güləni necə xilas etmişdi?
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin arxasındakı əsas adam Fəthullah Gülənin 1980-ci il hərbi çevrilişi zamanı necə qaçdığının detalları ortaya çıxıb.
Admiral.Az Türkiyə mediasına istinadən xəbər verir ki, F.Gülən 1980-ci il hərbi çevrilişindən sonra dini lider olaraq, axtarışda olanlar siyahısında idi. Lakin o, 6 il boyunca dövlətdən gizlənməyi bacarıb.
1986-cı ilin 12 yanvar tarixində F.Gülən Antalyada 14 nəfərlə birlikdə ayaqqabı ticarəti ilə məşğul olan Nevzat Ayvacının evində toplantı keçirib. Daha sonra hamısı 3 avtomobillə İzmirə, sonra da İstanbula getmək üçün yola çıxıblar.
Polis yolda avtomobilləri saxlayıb və Gülənlə birlikdə digərləri həbs olunub. Həbs olunanların ikisindən başqa, digərləri F.Güləni tanımadıqlarını deyiblər. F.Gülənin üzərindən isə qardaşı Seyfulla Gülənə aid pasport tapılıb.
Lakin F.Gülənin həbs olunduğu xəbərini eşidən camaatın yüksək vəzifəli üzvləri həmin dövrdə Baş nazir olan Turqut Özala müraciət ediblər. T.Özalın müdaxiləsindən sonra F.Gülən həbsdən buraxılıb.
Miq.az