Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu AXTARIŞA VERDİ

Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu AXTARIŞA VERDİ

Ukrayna Təhlükəsizlik Xidməti (UTX)Çeçenistan rəhbəri Ramzan Kadırovu axtarışa verib.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəmi saytında məlumat dərc edilib.

Ramzan Kadırov təcavüzkar müharibə və ya təcavüzkar hərbi hərəkətlər daxil olmaqla iki maddə ilə ittiham olunur. Bu maddələrə əsasən, Ukrayna Cinayət Məcəlləsi 10 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl Ukrayna xüsusi xidmət orqanları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi, FSB-nin direktoru Aleksandr Bortnikovu və deputatları də axtarışa vermişdilər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az