Ukraynanın bu addımından Türkiyə narahatdır -Ticarət gəmilərinə TƏHLÜKƏ

Ukraynanın bu addımından Türkiyə narahatdır -Ticarət gəmilərinə TƏHLÜKƏ

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi bölgə ölkələri üçün yeni təhlükə yaradıb.

Miq.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ukrayna hərbi dəniz qüvvələri Rusiyanın hərbi gəmilərindən Odessa şəhərinə və digər liman şəhərlərinə desant çıxarmasnın qarşısını almaq məqsədilə Qara dəniz sahilində təxminən 420 mina yerləşdirib:

"Bu minaların İkinci Dünya müharibəsi dövrünə aid olduğu bildirilir. Türkiyə və Qara dənizə sahili olan digər ölkələr narahatdırlar. Əlbəttə, Türkiyə Ukraynanın haqlı mübarizəsini dəstəkləyir, Odessanın işğalının qarşısı alınmalıdır. Ancaq o biri tərəfdən könhə minaların nəzarətdən çıxaraq Qara dənizdə ticarət gəmilərinə təhlükə yarada biləcəyi ehtimal edilir. Bəzi mütəxəssislərin fikrincə, külək bir qisim minanı boğazlara qədər istiqamətləndirə bilər.

Öz növbəsində Rusiya qəsdən təhlükənin miqyasını böyüdür və Qara dəniz ölkələrinə minaların hamıya təhlükə yaratdığını bildirir. Ukraynanın alternativi yoxdur, Odessa və digər liman şəhərləri qorunmalıdır. Rusiya Qara dənizin təhlükəsizliyinə bu qədər həssas yanaşırsa, Ukraynanın Qara dənizə çıxışı olan liman şəhərlərinə desant çıxarmaq planlarından vaz keçməlidir. Kiyevin Kremlin bu planlarından imtinasına dair ciddi təminatı olarsa, dənizin sahilinin minalanması çalışmalarından imtina edə bilər. Ancaq Kreml yazılı və şifahi təminatları pozur, başqalarının ərazi bütövlüyünə qəsd edir, belə olan halda Ukrayna dəniz sahilini minalamaq planlarından imtina etməyəcək. Kiyev üçün yeganə təminat Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasıdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az