Unikal əməliyyat: əlini ayağına, sonra qoluna tikdilər

Unikal əməliyyat: əlini ayağına, sonra qoluna tikdilər
Çində unikal cərrahiyyə əməliyyatı gerçəkləşdirilib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, ölkənin mərkəzindəki Hunan vilayətinin Çanşa şəhərindəki Mərkəzi Xalq Hospitalının cərrahları sol əli biləyindən qopmuş fəhləni şikəstlikdən xilas ediblər.
Fabriklərdən birində çalışan 25 yaşlı fəhlə Çjou Minin sol əli dəzgaha düşmüşdü, mişar onun əlini biləkdən qoparmışdı.
Təcili yardımda xəstəxanaya aparıldan fəhlə dərhal əməliyyat şöbəsinə yerləşdirilib.
Cərrahlar gənc fəhlənin qopmuş əlini çürüməməsi üçün onun sağ baldırına tikiblər. Bir həftə sonra isə əl baldırdan kəsilib götürülüb və 26 saat davam edən ağır əməliyyat nəticəsində biləyə tikilib.
Çjou indi sol əlinin barmaqlarının asanlıqla hərəkət etdirir.
Çanşa xəstəxanasının mikrocərrahiyyə şöbəsinin rəhbəri Tan Yuçjunun dediyinə görə, onlar 2013-cü ildə də analoji əməliyyatı reallaşdırmışdılar.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az