Utanmasan oynamağa nə var ki …

Utanmasan oynamağa nə var ki …
 Rauf Əliyev
 
Yaxşı deyiblər: utanmasan oynamağa nə var ki!  15 ildir, jurnalist kimi fəaliyyət göstərirəm, ancaq Yafəz adlı bir jurnalist tanımıram. Görünür, bəzi xarici maraqlı dairələr bu adamı jurnalist kimi cəmiyyətə sırımaqla, həm də özlərinin çirkin məqsədlərinə nail olmaq xülyasındadırlar. Bu gün həmin dairələr yafəzkimilər vasitəsi ilə tarixinin qızıl dövrünü yaşayan qədim diyarımız Naxçıvan barədə, həmçinin muxtar respublikanın güc strukturları haqda yalan, iftira dolu məlumatlar yayırlar. Ancaq heç vaxt məqsədlərinə çata bilmirlər. Çünki Günəşə çamur atmaq mümkün deyil.
 Gecə-gündüz çalışıb, amma məqsədlərinə çata bilməyən həmin qüvvələrə səslənirəm. Cənablar, cəhdləriniz əbəsdir! Bu gün xalqımız kimin kim olduğunu çox yaxşı bilir. Yafəzin də, onun arxasında dayanan xarici qüvvələrin də kim olduğunu, hansı məqsədlərə xidmət etdiklərini ictimaiyyətimiz çox yaxşı bilirik. Bunlar müstəqil Azərbaycan Respublikasının qüdrətli bir dövlət kimi daim öz sözünü deməsini, öz siyasətini həyata keçirməsini, heç kəsdən asılı olmamasını həzm edə bilməyən çirkin dairələrdir.  Bunlar respublikamızın beynəlxalq aləmdə artan nüfuzuna daim zərbə vurmağa çalışan erməni lobisinin nümayəndələridir. Bunlar həmişə ölkəmizdəki xəyanətkarlardan istifadə edənlərdir. Ancaq xəbis niyyətli həmin qüvvələr heç vaxt məqsədlərinə çata bilməyiblər və heç vaxt çirkin niyyətləri baş tutan deyil!
Reallıq budur ki, yafəzkimilər maddi maraq naminə həmin qüvvələrin köləsinə çevriliblər. Yafəz isə faktiki olaraq Vətənə xəyanət edir və xaricdəki erməni lobbisinin tapşırığı ilə daim Naxçıvan barədə heç bir əsası olmayan yalan məlumatlar yayır. Bu da həqiqətdir ki, ancaq ləyaqətsizlər və şərəfsizlər Vətənə xəyanət edərlər. Bu insanın şərəfsiz olduğunu isə hər kəs çox yaxşı bilir.
Yafəz adlı Vətən xaininin hansı əxlaq sahibi olduğunu həmyerliləri bilirlər. Vaxtilə şərəfsiz hərəkətlərinə görə həmyerlilərinin qəzəbinə tuş gələn bu adamı yenə Naxçıvan polisi xilas etmişdi. Bu gün isə həmin Yafəz Vətənimizin təhlükəsizliyinin keşiyində sayıqlıqla dayanan, ictimai asayişi qoruyan vətənpərvər insanlara şər atmaqla məşğuldur. Həm də xoruz banı görməyən qondarma "faktlarla". Bu isə haqlı olaraq Naxçıvan ictimaiyyətinin ciddi narazılığına səbəb olur. Bu narazılıq həm də yafəzkimilər timsalında milli dövlətçiliyimizə qarşı çıxan qüvvələrədir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az