Vahid Əhmədovun YAP-çı rəqibi külli miqdarda borc içindədir

Vahid Əhmədovun YAP-çı rəqibi külli miqdarda borc içindədir
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var. Həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparılır.

Yenin gününsesi.info-ya istinadla xəbər verir ki, ilk araşdırmamız  59 saylı Quba  Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.

Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı "Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir.

Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.

Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var.

İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid  Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az