Vahid ordu yaradılır

Vahid ordu yaradılır
Almaniya Avropa Birliyi ölkələrinin vahid ordusunun yaradılması ilə bağlı çağırış etmək niyyətindədir.
 
Axar.az "Faynənşl Tayms” qəzetinə istinadən xəbər verir ki, Almaniya bu barədə rəsmi təklifi iyulda edəcək.
 
Təklifə Silahlı Qüvvələrin hərəkətlərinin koordinasiya üçün Baş Qərargah, AB Müdafiə nazirləri şurasının yaradılması, həmçinin birgə istehsal və hərbi texnikadan istifadə daxildir. Bundan əlavə, Berlin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini istəyəcək.
 
Qeyd edək ki, bir müddət öncə Fransanın "Le Mond” qəzeti Avropa ölkələrinin hərbi xərclərini artıracağı barədə məlumat yaymışdı.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az