“Vasmoy” bazarına görə Çovdarovla üz-üzə gələn iş adamı bıçaqlandı

“Vasmoy” bazarına görə Çovdarovla üz-üzə gələn iş adamı bıçaqlandı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb.

Miq.Az  Musavat.com-a istinadən xəbər verir ki, hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər "Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum edib. İlkin məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub, polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında "Vasmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə "MTN işi” üzərindən gəlib. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində məlum əməliyyat tədbiri keçiriləndən sonra Cəfər Səfərov və qardaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə üz tutublar.

Onlar 2020-ci il ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər. Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən "Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az