Vaxtilə Ramiz Mehdiyevi tərif edib, indi tənqidə keçənlər dövlətə nə qədər SADİQDİRLƏR? – ANALİZ

Vaxtilə Ramiz Mehdiyevi tərif edib, indi tənqidə keçənlər dövlətə nə qədər SADİQDİRLƏR? – ANALİZ
"Ramiz Mehdiyevi tərifləyənlərin indi onu tənqid etmələri təbii prosesdir. Bunu əvvəllər də görmüşük. Hətta dilimizdə belə bir ifadə var: "Yıxılanın arxasınca daş atmaq..." İndi Ramiz Mehdiyevi tənqid edənlərin çoxu bu ifadəni yada salır, sonra deyirlər ki, "amma mən hesab edirəm, bu həqiqəti deməliyəm” və sairə... Deməli, hamı düzgün deyil”.


Bu sözləri Pravda.az-a açıqlamasında psixoterapevt Azad İsazadə deyib.

"Stalin öləndən sonra tərəfdarlarının bir qismi onu tənqid etməyə başladılar. Digərləri isə müdafiə edirdilər və sonra da istefaya göndərildilər. Bunu vəzifədən çıxan başqa rəhbər şəxslərlə də bağlı görürük. Başa düşməliyik ki, məmur peşəsinin içində rəisin kim olmasından asılı olmayaraq rəis həmişə haqlıdır. Bu, peşənin xüsusiyyətidir. Bunu qəbul etməyən məmur olmur, ya gedib bizneslə, ya da başqa peşə ilə məşğul olur. Rəis həmişə haqlıdır və onun şəxsiyyəti, adı dəyişəndə mən yenə də rəisin haqlı olduğunu bəyan edirəm”, - A.İsazadə bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az