Vətən müharibəsi Qəhrəmanının atası dünyasını dəyişdi

Vətən müharibəsi Qəhrəmanının atası dünyasını dəyişdi
Qubadan olan Vətən müharibəsi Qəhrəmanı Şahin Allahyarovun atası dünyasını dəyişib.


APA-nın məlumatına görə, Qubanın Zizik kənd sakini Hüseynbala Allahyarov gecə saatlarında dünyasını dəyişib.

İlkin ehtimala görə onun ürək tutmasından öldüyü bildirilir.

Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.


Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az