Vəzifəsiz qalan Elçin Əfəndiyev DANIŞDI: "Yeni əsərlər yazacam"

Vəzifəsiz qalan Elçin Əfəndiyev DANIŞDI:
"Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var”.

Miq.az
xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib. Saytımıza açıqlamasında Elçin Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib:”İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm”. Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Elçin Əfəndiyev bunları deyib: "Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq. Sizlər də oxuyarsınız”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az