Vilayət Eyvazov Qazaxa yeni rəis təyin etdi

Vilayət Eyvazov Qazaxa yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Miq.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis baş-leytenantı Vüqar Məmmədov Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək bir müddət əvvəl Qazax DYPB-nin rəisi vəzifəsində çalışmış Eldəniz Həsənov tutduğu vəzifədən azad edilərək Göygöl DYPB-nin rəisi vəzifəsinə təyinat alıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az