Vilayət Eyvazov qazi atasına yüksək VƏZİFƏ VERDİ

Vilayət Eyvazov qazi atasına yüksək VƏZİFƏ VERDİ

Daxili İşlər orqanlarında yeni təyinat olub.

Miq.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Qubad Qasımov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub. 

Qeyd edək ki, Q. Qasımovun oğlu Musa Qasımzadə 44 günlük Vətən müharibəsi qazisidir. 

Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə M.Qasımzadə "Qubadlının işğaldan azad olunmasına görə”, "Cəbrayılın işğaldan azad olunmasına görə” və "Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.(oxu.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az