Vilayət Eyvazov Usubovun oğlunun yerinə onu təyin etdi

Vilayət Eyvazov Usubovun oğlunun yerinə onu təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun oğlunun yerinə təyinat həyata keçirib.

Miq.az-ın verdiyi xəbərə görə, nazirin əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi Heydərov Arzu Afət oğlu vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini təyin edilib.

DİN Mətbuat Xidməti "Qafqazinfo”ya məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan öncə DİN BCA-nın rəis müavini Raul Usubov idi. O, 2019-cu ilin dekabr ayında Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib. Raul Usubov sabiq Daxili İşlər naziri Ramil Usubovun oğludur.
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az