Vilayət Eyvazova yüksək vəzifə verildi - Prezidentdən sərəncam

Vilayət Eyvazova yüksək vəzifə verildi - Prezidentdən sərəncam

Azərbaycan daxili işlər nazirinin birinci müavini postuna təyinat olub.

Prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin edilib.

DİN-dən məlumatı təsdiqləyiblər.

V.Eyvazov buna qədər daxili işlər nazirinin əməliyyat işləri üzrə müavini olub.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Bu, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb. /Apa/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az