Yanvarın 31-də İmişlidə baş verən üsyan əhalinin yerli Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə olan inamsızlığı və onun rayonda baş verən özbaşınalıqlara birbaşa yol açmasından irəli gəlsə də, İmişli əhalisinin dövlətə və ölkə prezidenti İlham Əliyevə olan inamı sayəsində Vilyam Hacıyevə qarşı olan narazılıq soyumuş oldu. Amma Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyev xalqın nifrətindən canını qurtarsa da, dövlətin qəzəbindən canını qurtara bilmədi.
Vətəninfo.az-a daxil olan məlumata görə, yanvarın 31-də İmişli hadisələri ilə bağlı Vilyam Hacıyevə şiddətli töhmət verilib.
Rayonda keçirdiyi son müşavirədə özünü təmizə çıxarmağa çalışan Vilyam Hacıyev aldığı töhmətin acığını yerli məmurlardan çıxıb.
Vilyam Hacıyev bir vaxtlar köhnə peşəsi olan şturman kimi o qədər havada uçub ki, indi icra başcısı olaraq ayaqları yerə dəymir. Elə ona görə də əhaliyə yuxarıdan aşağı baxaraq, İmişlidə ekoloji terror həyata keçirir. İmişlidən və onun təbiətindən kimin qisasını alır, bilinmir.
Kənan
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.