Vilyam Hacıyevlə bağlı yeni iddia

Vilyam Hacıyevlə bağlı yeni iddia

Samux rayonunun eks icra başçısı, hazırda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı məlumatlar yayılmaqda davam edir. “Vətəninfo.az”ın əldə etdiyi məlumata görə, V.Hacıyev Samuxda vəzifə başında olan zaman Təhsil şöbəsinin müdirinin vasitəsi ilə bir neçə şəxsi məktəb direktoru qoyacağı adı ilə hər birindən 10 min manat pul alıb. Amma pul verən şəxslər pulu versələr də, direktorluq arzuları ürəklərində qalıb. Mənbənin sözlərinə görə. V.Hacıyev Samuxdan İmişliyə tranfer olunduqdan sonra bu şəxslər verdikləri pulları geri almaq üçün Samux-İmişli yolunu “su yolun”a döndəriblər. Dəfələrlə İmişlidə V.Hacıyevlə görüşmək istəsələr də, buna nail olanlar da olub, görüşə bilməyənlər də.
Mənbə qeyd edir ki, görüşə gedənlərə əsasən Samux Rayonunun Təhsil şöbəsinin eks müdiri Hidayyət Əhmədov rəhbərlik edir. Çünki 10 min manatı V.Hacıyevdə qalanlardan biri də məhz eks təhsil şöbəsinin müdiridir. Mənbə bildirir ki, gedənlərdən yalnız biri verdiyi pulu geri ala bilib ki, o da elə Hidayyət Əhmədovdu. V.Hacıyev bu şəxsin yaxın adamının  hüquq mühafizə orqanlarında işlədiyini bildiyi üçün, başı ağrımasın deyə pulu geri qaytarıb. Məlumata görə, Samux Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər üzrə müavini və icra hakimiyyətinin digər müavinlərindən Tahir Qarayevdə pulu batanlardandı.
Redaksiyadan: Dəfələrlə mətbuatda V.Hacıyev haqqında bu tip məlumatların yayılmasına baxmayaraq icra hakimiyyəti başçısı məlumatların yalan olduğunu təkzib edən acıqlamalarla çıxış etməyib. “Vətəninfo.az” olaraq həm son məlumatla bağlı, eyni zamanda bu günə kimi yayılan məlumatlarla bağlı V.Hacıyevin mövqeyini eşitməyə hazırıq. Amma çox təəssüflər olsun V.hacıyev mətbuatla əməkdaşlıqdan imtina etdiyindən onun məsələlərə mövqeyini vermək mümkün olmur.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az