Vitali Balasanyan da həbs olundu, Bakıya gətirilir

Vitali Balasanyan da həbs olundu, Bakıya gətirilir
Qarabağda qondarma rejimin "təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

 Bizim.media.az-ın əldə etdiyi məlumata görə, Balasanyan Bakıya gətirilir.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.

1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun "prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Qeyd edək ki, bu gün qondarma rejimin "dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Xatırladaq ki, Vitali Balasanyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi qətlima görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az