Vüqar Həşimovun ad gününə həsr olunan turnir keçiriləcək

Vüqar Həşimovun ad gününə həsr olunan turnir keçiriləcək
İyulun 24-də mərhum qrossmeyster Vüqar Həşimovun ad gününə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri start götürəcək. Vətəninfo.az Apasport.az-a istinadla xəbər verir ki, avqustun 1-dək davam edəcək yarışda 8, 10 və 12 yaşa qədər oğlan və qızlar mübarizə aparacaqlar.
Qaliblərə medal və diplomla yanaşı, qiymətli hədiyyələr də təqdim olunacaq. Çempion, həmçinin Vüqar Həşimov kuboku ilə də mükafatlandırılacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə baş tutacaq turnir 9 turdan ibarət olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az