"WhatsApp"da 3 söhbət yeniliyi - FOTO


Yenilik nə vaxt işə düşür?

Milyarda yaxın istifadəçisi olan, bir-birinin ardınca yeniliklərə imza atan "WhatsApp" istifadəçiləri üçün daha bir sürpriz hazırlayıb. İstiPress-in məlumatına görə, ən çox danışdığınız 3 adam - söhbətiniz yuxarıda sabitlənəcək. 

Söhbət sabitləmə və ya söhbəti pinləmə adlandırılan özəllik əslində ötən ildən hazırdır. Lakin yenilik "WhatsApp" beta istifadəçiləri tərəfindən test edilib. 

Yenilik sayəsində ən çox istifadə edilən 3 söhbət danışıqlar siyahısının yuxarısında qalacaq. Yeni mesajlar gəlsə belə, bu, üçlükdən sonraya düşəcək.

Hər hansı bir söhbəti sabitləmək üçün isə onun üzərini sıxmaq və üst hissəsində peyda olan iynə düyməsini basmaq kifayətdir. 

Yaxın zamanda bu özəlliyin bütün "Android" və iOS cihazlarında istifadəyə veriləcəyi gözlənilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az