“WhatsApp”da VACİB YENİLİK

“WhatsApp”da VACİB YENİLİK

"WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək. Lent.az xəbər verir ki, bundan sonra istifadəçilər bir-birinə istənilən formatlı faylları göndərə və ya paylaşa biləcək. Lakin faylın tutumuna məhdudiyyət qoyulacaq.
 
Bildirilir ki, ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. "WhatsApp” messencerinin "Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, "iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.
Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.
"WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az