“Windows 10” əməliyyat sistemi şübhə altına düşüb

“Windows 10” əməliyyat sistemi şübhə altına düşüb

"Microsoft” korporasiyası yeni "Windows 10” əməliyyat sistemini dövrəyə buraxdıqdan sonra istifadəçilər arasında geniş polemika baş qaldırıb.

Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "Süddeutsche Zeitung” qəzetinə istinadla xəbər verir ki, "Microsoft” korporasiyası yeni məxfilik razilaşması çərçıvəsındə proqram təminatında istifadəçilər (user) barədə geniş məlumat toplamaq hüququna yiyələnib.

Məlum olub ki, bu yenilik Almaniya, İsveçrə və Rusiyada nəinki şəxsi istifadəçilərin, eləcə də xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Bu səbəbdən artıq həmin ölkələrdə "Windows 10” əməliyyat sisteminin beynəlxalq casusluq fəaliyyəti yürütməsi şübhəsi ilə tədqiqata başlanılıb.

Almaniya tərəfi isə yeni sistemə dair ABŞ-ın "Microsoft” şirkətindən izahat istəyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az