Xanım deputat YAP-ın namizədlər siyahısına SALINMADI

Xanım deputat YAP-ın namizədlər siyahısına SALINMADI
Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamenmtdə təmsil edən xanım deputatı yeni namizədlər siyahısına salmayıb.

Miq.az xəbər verir ki,  indiyədək 111 saylı Zaqatala – Balakən seçki dairəsini Milli Məclisdə təmsil edən Kamilə Əliyeva YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.

Əvəzində həmin dairədən Vüsalə Yusif qızı Mahmudova deputatlığa namizəd göstərilib.

Qeyd edək ki, Kamilə Əliyeva dördüncü, beşinci, altıncı çağırış Milli Məclisinin deputatı olub.

YAP üzvü olan K.Əliyeva hazırda Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının müdiridir./Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az