Xankəndidəki erməni abidəsi ilə bağlı məsələ böyüdü – Həsənquliyevin deputat həmkarından sərt açıqlama
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xankəndi ilə bağlı iddialı təkliflərlə çıxış edib. O, separatizmin rəmzinə çevrilmiş "Biz və bizim dağlar” abidəsinin sökülməsini, onun yerində isə Azərbaycan əsgərinin şərəfinə möhtəşəm abidənin ucaldılmasını təklif edib. Q.Həsənquliyevin fikrincə, erməni separatçıları tərəfindən 1988-ci ildən tikilən istənilən abidə sökülməlidir.
Deputat həmçinin Xankəndinin ölkənin ikinci paytaxtı elan olunmasının vacibliyini vurğulayıb.
Globalinfo.az-a danışan deputat Fəzail İbrahimli Xankəndidəki erməni izlərinin tamamilə aradan qaldırılmasını vacib hesab etdiyini bildirib.
O, deputat Qüdrət Həsənquliyevin Xankəndidə yerləşən "Biz və bizim dağlar” abidəsinin sökülməsi ilə bağlı təklifini dəstəklədiyini deyib:
"Xankəndidə eybəcər görüntülər var və bunlar təbii olaraq oradan götürülməlidir. Erməni xalqı tariximizdə Xocalı kimi bir qətliam törədib. Dəfələrlə demişəm, yenə də təkrar edirəm: bəzi xalqlar arasında münaqişə zamanla unudula bilər, amma ermənilərin bizə qarşı törətdiyi vəhşiliklər o qədər dərin izlər qoyub ki, biz bu ağrıları hər il yenidən yaşayırıq”.
Deputatın sözlərinə görə, Azərbaycan tarixində erməni vəhşilikləri təqvim boyunca iz buraxıb:
"Yanvar faciəsi ilə ili qarşılayırıq. Fevralda Xocalı soyqırımı, martda 1918-ci il qırğınları, apreldə istiqlalımızın itirilməsi və Kəlbəcərin işğalı baş verir. Mayda Şuşa və Laçın, ardınca digər ərazilər işğal olunur.