Xarici İşlər Nazirliyi içtimayyəti səhv məlumatlandırıb

Xarici İşlər Nazirliyi içtimayyəti səhv məlumatlandırıb

Azercell-in PR şefi deyir ki, dövlət hesabına təhsil alıb

May ayının 23-də və 24-də haqqın.az saytında  “Azercell öz PR meneceri  ətrafında baş verən qalmaqalı şərh etmir” və Azercellə qarşı yeni kompramatlar. Bu işdə XİN-nin da adı çəkilir” adlı məqalələr dərc olunmuşdu.
Qeyd edək ki, məqalələrdə Azercell-in PR meneceri Anar Cahangirlinin dəstəyi ilə İsveçə aparılan ATV müxbiri  İlkin Həsənlinin ugursuz TV sujetindən, Anar Cahangirlinin öz vəzifəsindən sui-istifadə etməsindən, iki dəfə dövlət hesabına təhsil almasına baxmayaraq, dövlət qarşısında öz öhdəliklərini yerinə yetirməməsindən bəhs edilirdi. Məqalədə həmçinin bildirilirdi ki, A.Cahangirli şirkətin hesabına ötən il baş redaktorların səfəri çərçivəsində öz dost və rəfiqələrini də Antalyaya aparıb. (haqqın.az/new/6041  və haqqın.az/new/6089)
Bununla bağlı Azercell-də hansı araşdırma aparılıb aparılmadığını demək çətindir. Bizi maraqlandıran dövlət büdcəsi hesabına yüksək səviyyəli təhsil alan şəxs niyə xarici sərmayədara mənfəət verməsidir  Xaricdə dövlət hesabına təhsil almaq istəyən tələbələrin geri qayıtmağına evləri ilə girov təminatı alındığı halda, bu, kimlərəsə şamil olunmur.
Yəni necə ola bilər ki, Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycanın dövlət büdcəsinin hesabına təhsil alıb, ölkəyə qayıdandan sonra xarici səhmdarların şirkətinə fayda verirsən? Qeyd edək ki, A.Cahangirli Azercell-də işləməmişdən əvvəl əsgərlikdə olmamağına baxmayaraq uzun müddət XİN-in hərbi və siyasi şöbəsində çalışıb
Maraqlı məsələ isə yalnız bununla bitmir.  Haqqın.az-da adıçəkilən məqalələr dərc edildikdən sonra XİN-nin nümayəndəsi Elman Abdullayev həmin sayta bildirib ki, A. Cahangirli xaricdə öz hesabına təhsil alıb və heç vaxt Hərbi Şöbənin müdiri olmayıb. Lakin A.Cahangirli sosial şəbəkələrdəki öz profillərində XİN-də Siyasi və hərbi şöbənin müdiri olduğunu yazır. (http://www.linkedin.com/pub/anar-jahangirli/2b/422/2aa)
A.Cahangirlinin Milli.az saytında iyunun 11-də “Təhsil hər bir cəmiyyətin inkişafının əsas faktorudur” adlı məqaləsi dərc edilib. Məsələyə qayıtmağımıza da məhz bu məqalə səbəb oldu. Həmin məqalədə də o yazır: ”Diplomatik xidmətdə olduğum 10 il ərzində geniş təcrübə qazandım və uğurlu fəaliyyətimə görə ən kiçik referent vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəldim, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif edildim”. 
Sonra A.Cahangirli məqləni belə davam edir: Sonrakı illərdə, Azərbaycanın iqtisadi gücünün artması nəticəsində ölkənin gəlirlərinin çoxalması dövlətin öz hesabına təhsil proqramlarını həyata keçirməsini şərtləndirdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox vacib bir qərar qəbul edərək “Azərbaycan Gənclərinin Xaricdə Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu proqram 8 il ərzində 5000-dək azərbaycanlı gəncin xarici ölkələrin nüfuzlu universitetlərində təhsilinin tam olaraq Azərbaycan dövləti tərəfindən ödənilməsini nəzərdə tutur. Digər tərəfdən, bu proqram həm də ölkəmizdə təhsilin səviyyəsinin artırılmasına töhfə verir. Xaricdə təhsili başa vurub Azərbaycana qayıdan mütəxəssislər həm də təhsil sahəsində işləyərək islahatlar həyata keçirə və orta və ali məktəblərdə dünya standartlarına uyğun təhsilin təşkil edilməsində iştirak edə bilərlər.
Bu proqramdan bəhrələnənlərdən biri kimi qeyd etməliyəm ki, onun həyata keçirilməsinin möhkəm əsasları vardır. Xaricdə təhsil alıb qayıdan gənclər istər dövlət, istərsə də biznes strukturlarında çalışaraq yeni düşüncə ilə ölkəmizin inkişafını dəstəkləmək imkanı qazanırlar. (http://www.milli.az/news/society/194751.html)                                   
Beləliklə məlum olur ki, XİN əslində ictimaiyyətə səhv məlumat verib. Çox güman ki, bu da peşəkar hərbiçi olmayan bir şəxsin siyasi-hərbi vəzifəyə rəhbərlik etməsini, dövlət vəsaitinin səmərəsiz xərcləndiyini ört-basdır etmək məqsədi daşıyır. Xarici İşlər Nazirliyinin və A. Cahngirlinin mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az