“Bütün yaradıcı təşkilatlarla müqayisədə bizim gördüyümüz işlər daha çoxdur. Aşıqlar Birliyinə gəlib bizə göndərilən dəvətnamələri görsəniz, bunu hiss edərsiniz. Mənim xəstəliyimin Aşıqlar Birliyinin fəaliyyətinə heç bir təsiri yoxdur”.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bildirib. Böyrək çatışmazlığı səbəbindən səhhətində ciddi problemlər yaranan şair mütəmadi olaraq Almaniyada müalicələrini davam etdirir. Yaradıcı cameədə xalq şairinin məcburi müalicələrə köklənməsi səbəbindən Aşıqlar Birliyinin fəaliyyətinin passivləşməsi fikri dolaşırdı. Lakin xalq şairi Zəlimxan Yaqub bunu birmənalı şəkildə inkar edir.
Xalq şairi Aşıqlar Birliyini Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatların hamısından yaxşı işlədiyini qeyd edir: “Bu gün Aşıqlar Birliyinin necə işlədiyini görmək istəyirsinizsə, buyurun gəlin. Görün ki, bu gün orada necə iş gedir. İyunun 26-da Heydər Əliyev sarayında gənc aşıqların müsabiqəsi keçiriləcək. Bu gün Aşıqlar Birliyi Azərbaycanda ən yaxşı işləyən yaradıcı təşkilatdır”.
1992-ci ildə mərhum xalq şairi Hüseyn Arif tərəfindən formalaşdırılan Aşıqlar Birliyi onun ölümündən sonra fəaliyyətini dayandırmışdı. Buna səbəb isə sədrlik uğrunda gedən çəkişmələr idi. Yalnız 2008-ci ildə, Azərbaycan aşıqlarının I qurultayında xalq şairi Zəlimxan Yaqub sədr birliyə seçilib.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ