Xəzər rayonunun icra başçısı işdən çıxarıldı

Xəzər rayonunun icra başçısı işdən çıxarıldı
 Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. 1995-ci ilin yanvarın 25-də Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az