Xəzərdə yenə zəlzələ oldu

Xəzərdə yenə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib.

APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 22:20-də Xəzər dənizində qeydə alınan yeraltı təkanın maqnitudası 3.0 olub.

45 km dərinlikdə baş verən zəlzələ hiss edilməyib.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 13:06 radələrində Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az