Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO

Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Oxu.Az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı Xınalıq kəndində yerli sakinlərlə görüşüb, onlarla hadisə ilə bağlı söhbət edib.

Kənd sakinləri bildiriblər ki, alpinistlər qar uçqunu altında qala bilərlər.

"Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, – yerli sakinlərdən biri deyib.

Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.

Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.

Mövzu ilə əlaqədar daha ətraflı videosüjeti təqdim edirik:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az