Xüsusi təyinatlı Kayseri I Komando Briqadası hərəkətə keçir

Xüsusi təyinatlı Kayseri I Komando Briqadası hərəkətə keçir

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə ordusunun xüsusi təlim keçmiş xüsisi təyinatlı briqadası PKK-ya qarşı əmaliyyatlara cəlb edilir.

Döyüş bayrağında iki qızıl medal olan I Komando Briqadasının hərbçiləri PKK terror təşkilatının fəallaşdığı ölkənin cənubi-şərq vilayətlərinə göndərilir.

Kayseri I Komando Briqadasının komandiri general Aydoğan Aydının rəhbərliyi altındakı komandolar bölgənin təhlükəsizliyini təmin edəcək.

Bu briqada 1974-cü ildə Kiprə paraşütlə enərək Kipr Sülh Hərəkatına başlayıb. Briqadanın Kipr hərəkatında 341 şəhid və 3906 qazisi var. Quru Qüvvələrinin istifadə etdiyi ən müasir silah və sursatlar ilk dəfə bu briqadanın arsenalına verilir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az