"Ya Qarabağ münaqişəsini sülh yolu ilə həll edin, ya da çəkilin... — Deputat

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qəbuledilməzdir"

Bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Moqerini İrəvanda deyib.

20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyi deyilsə də, bu fikirlər söz olaraq qalır.

Miq.az xəbər verir ki, Federika Moqerininin səsləndirdiyi bu fikrə millət vəkili Araz Əlizadə Ölkə.Az-a verdiyi açıqlamasında münasibət bildirib:

"Federika Moqerini belə ağıllı, qüdrətli biridirsə, gəlib bu məsələni tezliklə həll etsin. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilmirlər. İllərdir ki, bu cür çıxışlar edirlər, ancaq ortada heç bir nəticə yoxdur.

Suriya məsələsində də danışdılar ki, sülh yolu ilə həll edəcəyik, qaçqınları yerləşdirəcəyik. Axırda Rusiya gəlib göstərdi bu məsələni necə həll etməyin yolunu. Ya gəlib Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər, ya da çəkilsinlər kənara biz öz işimizi görək".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az