“Yalan və həyasızlıq onları məsuliyyətdən qurtarmayacaq”

“Yalan və həyasızlıq onları məsuliyyətdən qurtarmayacaq”
Asim Mollazadə: "Bu şəxslər yalnız xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayətlər törədiblər”
"Bakıda məhkəməsi gedən erməniəsilli separatçıların özlərini "qurban” adlandırması, məsuliyyəti digərlərinin üzərinə yıxmağa cəhd etməsi absurddur və bu, erməni həyasızlığının növbəti nümunəsi kimi qiymətləndirilməlidir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, bu cür yalançı bəyanatlar onları xilas etməyəcək:

 

"Erməni separatçıların vaxtiylə xalqımıza qarşı ağır cinayətlərə yol verdiyi, mülki şəxslərə qarşı belə son dərəcə amansız davrandığı heç kimə sirr deyil. Onlar yalnız Azərnbaycan xalqına deyil, bütün insanlığa qarşı dəhşətli cinayətlər törədiblər. Bunu sübut edən yüzlərlə fakt mövcuddur. Bu gün onların məhkəmədə fərqli ifadələr verməsi, baş verənlərə görə digər şəxsləri, qüvvələri ittiham etməsi onları xilas etməyəcək. Yalan və həyasızlıq bu şəxsləri məsuliyyətdən qurtarmayacaq. Onlar məhkəmə qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az