Yaltada erməni azərbaycanlını qətlə yetirdi
Yaltada erməni öz həmyerlisinə qarşı etdiyi oğurluğa görə onu qınayan azərbaycanlını qətlə yetirib.
Vətəninfo.az Aktual.az-a istinadla xəbər verir ki,
Cinayət şəhərin mərkəzi küçələrindən birində yerləşən "Puşkinski”
bazarında törədilib. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının
rəhbəri Rəhm Hümbətov bildirib.
Ürək nahiyəsinə endirilən bıçaq yarasından vəfat
edən 1988-ci il təvəllüdlü Mehdiyev Rahil Əbdülrəhman oğlu Zərdab
rayonunun Məmmədqasımlı kəndinin sakini olub.
Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlı
bazarda erməninin öz həmyerlisindən 0,5 kiloqram çiyələk oğurladığını
görüb və onu oğurluğa görə məzəmmət etməyə başlayıb. "Bu səbəbdən
onların arasında mübahisə baş verib. Mübahisəyə R.Mehdiyev müdaxilə
edib. Ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla
silahlanmış üç həmyerlisi ilə dönüb. Onlardan biri dava zamanı bıçağı
Rahilin ürəyinə sancıb. Ermənilər hadisə yerindən qaçarkən
azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları
götürüblər”, deyə hadisə şahidləri bildiriblər. Rahil Mehdiyev aldığı
bıçaq yarasından hadisə yerində keçinib.
"Müstəntiqin arayışında qeyd olunub ki, Mehdiyev
kəsilmiş-deşilmiş bıçaq yaralarından vəfat edib. Hazırda faktla bağlı
CM-nin 105-ci maddəsi üzrə cinayət işi başlanıb. İş üzrə 15 il həbs
cəzası nəzərdə tutulub”, deyə Rəhim Hümbətov bildirib.