Heç bir halda dövlətə qarşı silahla mübarizə aparmaq olmaz. Həmçinin özünü qanundan və hüquqdan da üstün tutmaq düzgün deyil.
Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O, bildirib ki, qanundan kənar silahlı dəstənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz: "Bu gün zorla hakimiyyəti devirməyə çalışan bir təşkilat üzüvlərinə qarşı əməliyyat aparılıb. Onlar saxlanılarkən polisə atəş açıblar. Bu zaman onlardan 4 nəfər, polisdən isə 2 nəfər həlak olub. Eyni zamanda bir neçə nəfər yaralanıb. Ümumiyyətlə, qanundan kənar silahlı dəsətənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz. Hər bir kəs qanun qarşısında bərabərdir. Eyni zamanda qanunun tələblərini yerinə yetirməyə hazırdılarlar”.
Aydın Mirzəzadə qeyd edib ki, hüquq mühafizə orqanlarına qarşı müqavimət göstərilməsi, əllərində olan silahla onlara atəş açılması göstərir ki, orada doğrudan da qeyri-qanuni bir dəstə yaradılıb: "Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq bu işdə günahkar olanları cəzalandıracaq. Eyni zamanda məsələ ilə bağlı cəmiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı insident baş verib. Nardarandakı atışma zamanı ikisi polis olmaqla 6 nəfər ölüb, 14 nəfər isə saxlanılıb.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?