YAP-ın deputatlığa namizədi külli miqdarda borclu olması iddialarından danışdı

YAP-ın deputatlığa namizədi külli miqdarda borclu olması iddialarından danışdı
"Mənim  heç kimə borcum yoxdur. Bu barədə iddialar doğru deyil”.

Bunu Gununsesi.info-ya açıqlamasında YAP-ın Qubadan olan deputatlığa namizədi Əlibala Məhərrəmzadə deyib.

O, barəsində olan iddiaları təkzib edib.

Bununla belə Əlibala Məhərrəmzadə bildirib ki, deputat seçiləcəyi təqdirdə biznes fəaliyyətini dayandıracaq: "Əgər seçilərəmsə,biznesimi təhvil verəcəyəm”. 

 

Qeyd edək ki, saytımızda dərc olunan "YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir”  başlıqlı xəbərində Qubadakı "Şahdağ Turuskavets” Sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin bir neçə milyon manat borcu olmasından bəhs olunur.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az