Meyxanaçı-müğənni, geniş pərəstişkar ordusu olan Yaşar Qafanlı ilə görüşüb Vətəninfo.az üçün onun yaradıcılıq planları ilə maraqlandıq. Yaşar bəyin Vətəninfo.az-a açıqlaması: “Şigahi xalq ədəbiyyatının bir qolu olan meyxana və meyxana ifaçılarına olan diqqət və qayğı bizi çox ruhlandırır. Ulu öndər Heydər Əliyev cənablarının meyxananın efirdə təbliğ edilməsi üçün gördüyü işlər bizə potensial imkanlarımızı üzə çıxarmaqda yardımçı olur. Meyxana el şənliklərimizin bəzəyidir. Hər bir məclisdə biz meyxana ifaçılarına xüsusi yer ayrılır. Meyxana deyən xiridarın sevən ürəyi olmalıdır. Ürək sevgi ilə döyünməlidir. Vətənini, xalqını, onun mübariz ordusunu sevən insan güclü olur. Həmin gücü sənə sənətini sevib dəstəkləyən xalqın verir.

Mən bu xalqın bir övladı olaraq meyxanamızı təkcə Azərbaycanda deyil, Rusiya vilayətində və xarici dövlətlərdə də təbliğ edirəm. Mən təkcə meyxana ifaçısı deyiləm, həm də müğənniyəm. Muğamlarımızı gözəl bilirəm. Tezliklə meyxana diskimlə bərabər muğam, təsnif, xalq bəstəkar mahnılarından ibarət diskim işıq üzü görəcək. Dekabr ayında Sankt-Peterburqda konsertim olacaq. Mən ona görə xoşbəxtəm ki, mənə tələbat var, bir gündə 5-6 məclisə dəvət alıram. O ki qaldı sizin sevgi ilə bağlı sualınıza, belə cavab verərdim – insan sevəndə ruhu təzələnir, ilham çeşməsi çağlayır, həyat gözündə yenilənir, bir daha əmin olursan ki, sən kiməsə və kimlərəsə lazımsan”.
Biz də Yaşar bəyə uğurlar arzulayırıq.
Araz Hacıyev
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər