Yaşlı qadının evini ələ keçirən polis zabitinə 102 minlik iddia – Məhkəmə

Yaşlı qadının evini ələ keçirən polis zabitinə 102 minlik iddia – Məhkəmə
Bakıda dələduzluq etməkdə təqsirləndirilən Vasif Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Miq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili bir neçə vəsatətlə çıxış edib.
O, cinayət işinin icraatına xitam verilməsini, müvəkkilinin barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Həmçinin müdafiəçi vəsatət qaldıraraq təqsirləndirilən Vüsal Orucovun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin ləğv edilib həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.
Daha sonra zərərçəkmişin vəkili Zaur İbadov 102 min manatlıq mülki iddia qaldırıb.
Məhkəmə vəkilin vəsatətini təmin etməyib. Zərərçəkmişin nümayəndəsinin isə mülki iddiasını icraata götürüb.
Növbəti proses yanvarın 8-də davam edəcək.
Vüsal Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. O, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra Nera Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan Vüsal Orucov saxlanılıb.
Qeyd edək ki, Vüsal Orucov polis əməkdaşı olub. O, Qaradağ rayon ərazisində sahə müvəkkili işləyib.
İstintaq orqanı tərəfindən Vüsal Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az