“Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək” – MSK sədri

“Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək” – MSK sədri
Bu ilin dekabrın ikinci yarısında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, yaxın günlərdə seçkilər elan ediləcək: "1606 bələdiyyəyə 15 mindən artıq üzv seçilməsi gözlənilir”.
MSK sədri bildirib ki, dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır.
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az