Yazıçı Anar deputatlığa namizəd olacaq? - "Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm..."

Yazıçı Anar deputatlığa namizəd olacaq? -
Bir neçə aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək. Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. 

 

Bir müddət əvvəl əgər təklif gələrsə, seçkilərə qatılmağı düşünəcəyini bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin namizəd olub-olmayacağı da müzakirə olunan məsələlərdəndir. Modern.az məsələ ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb. 

 

O bildirib ki, seçkilərə qatılmayacaq: "Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm. Yenə təkrar edirəm, seçkilərə qatılmaq fikrim yoxdur”. 

 

Qeyd edək ki, Anar Rzayev Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı kimi fəaliyyət göstərib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az