Yazıçı Hacı Qəni Camalzadə ilə oxucularının növbəti görüşü təşkil edilib
12 fevral tarixində saat 13:30-da Sabunçu rayon MKS- nin Mərkəzi Kitabxanası yazıçı - publisist Qəni Camalzadə ilə görüş təşkil edib. Tədbirdə Sabunçu rayonMKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları, Tahir Hacıyev adına 252 saylı məktəb litseyin kimya müəlliməsi Gülzar Əkbərova və 8 -ci şagirdləri, şair publisist Ağa Cəfər Həsənli,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Molla Nəsrəddin jurnalının icraçı direktoru Hacı İlham Qurbanoğlu , şair Babulla Hüseynzadə ,Ekologiya qəzetinin baş redaktoru şair Şahin Həmidli,Lerik və Azad təfəkkür qəzetinin baş redaktoru İdris Şükürlü,ziyalı qazi atası Elçin İskəndərov iştirak ediblər
Hələ tələbə ikən" Ədəbiyyat və İncəsənət "qəzeti ,"Kirpi","Ulduz""Azərbaycan "jurnallarında dərc olunan duzlu-məzəli yazıları ilə özünü yumoristik hekayələr müəllifi kimi tanıdan Qəni Camalzadə müharibə veteranıdır.
Qonaqların çıxışlarından sonra şagirdlər yazıçıya oxuduqları əsərlərindən suallar verdilər.