“Yeganə təcavüzkar sizsiniz” – Putinin ittihamına sərt reaksiya

“Yeganə təcavüzkar sizsiniz” – Putinin ittihamına sərt reaksiya

Ağ Evin sözçüsü Cen Psaki Ukrayna-Rusiya sərhədindəki gərginliyin mənbəyinin Rusiyanın davranışları və ritorikasından qaynaqlandığını bildirib.

Teleqraf.com xəbər verir ki, Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Rusiya Prezidenti Vladimir Putinin dünən keçirdiyi illik mətbuat konfransında ABŞ-ın gələn ay Cenevrədə görüşməyə hazır olduğu barədə açıqlamasına gəlincə, Psaki danışıqların yeri və vaxtı ilə bağlı detalları hələ dəqiqləşdirmədiklərini bildirib.

Psaki Rusiyanın ABŞ və NATO ölkələrinə verdiyi təhlükəsizlik təklifləri ilə bağlı bunu söyləyib: "Diplomatik danışıqlar üzərində işləyirik. Rusiyanın irəli sürdüyü bəzi təkliflərlə razılaşa bilərik, amma bəzilərini qəbul edə bilmərik”.

Ağ Evin sözçüsü Putinin ABŞ və tərəfdaşlarının Ukrayna sərhədində gərginliyi artırdığına dair ittihamını rədd edib:

"Bu, çox gülməlidir. Rusiya-Ukrayna sərhədində gördüyümüz yeganə təcavüz Rusiyanın bölgəyə qoşun yeritməsi və Rusiya liderinin döyüşkən ritorikasıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az