Yekun qərar: Səfirliyimizə hücum edən şəxs...

Yekun qərar: Səfirliyimizə hücum edən şəxs...
Azərbaycanın Tehrandakı Səfirliyinə hücum törədən şəxsin edamı barədə hökmün icrası üçün məhkəmə sistemində bütün hazırlıq işləri aparılıb.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin hökmünün taleyi ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, məhkəmə prosesinin aparılması, ilkin hökmün verilməsi və hücumun təkrarı üzrə hökmün təsdiqlənməsi üzrə yekun hökm var.

"Hökmlərin icrası qaydasında adıçəkilən şəxsə qarşı qisas qərarının icrası üçün bütün hazırlıqlar və proses hazırlanıb və məhkəmə sistemi bu hökmü icra etməyə hazırdır”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az