"Pilotlar təyyarəni atəş altından son anda çıxara biliblər və Hmeymim aviabazasına endiriblər”,-Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Konaşenkov deyib ki, fevralın 6-da gecə saat 2-dən sonra İsrail Hərbi Hava Qüvvələrinin 4 F-16 təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Dəməşq ətrafındakı hədəflərə qəfildən səkkiz "hava-yer” raketi buraxıb. Suriya buna cavab olaraq Hava Hücumundan Müdafiə komplekslərini işə salıb və İran layneri "az qala ölümcül zenit-raket atəşi zonasında qalacaqdı”.
Məlumata görə dispetçerlər pilotlara təyyarəni atəş zonasından çıxarmaqda kömək ediblər və layner Hmeymim aviabazasına enib. Konaşenkov deyib ki, İsrailin Suriya Hava Hücumundan Müdafiə sistemlərinin cavab zərbələrindən yayınmaq üçün sərnişin təyyarələri arxasında "gizlənməsi” birinci dəfə deyil.
İsrail tərəfi bu ittihamı şərh etmir. Ötən il İsrailin Suriyaya növbəti hava zərbələri zamanı bu ölkənin Hava Hücumundan Müdafiə qüvvələri cavab atəşləri açmışdı və bu vaxt Rusiyanın kəşfiyyat təyyarəsini səhvən vurub dənizə salmışdı.

Yanvarın 6-na keçən gecə İsrailin Dəməşq ətrafında İranın İnqilab Keşikçiləri Korpusunun bazasını vurduğu bildirilir. İddia edilir ki, Suriya HHM sistemləri raketlərin bir qismini havada vurub.